Rusiya sülhməramlıları Qarabağa dinc həyatın qayıtması naminə öz həyatlarını riskə məruz qoyurlar.
LEQAL.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının geniş iclasında çıxışında bildirib.
Rusiya Prezidenti deyib: “Rusiya sülhməramlıları noyabrın 10-dan Dağlıq Qarabağda mürəkkəb missiyanın icrasına başlayıblar. Onların regionda mövcudluğu döyüş əməliyyatlarının dayandırılması barədə razılaşmaya riayət olunmasının qarantına çevrilib. Onlar humanitar vəziyyətin yaxşılaşması və qaçqınlara kömək, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası, mədəni, tarixi, dini abidələrin qorunub saxlanması üçün çox iş görürlər. Onlar bu torpağa dinc həyatın qayıtması naminə riskə gedirlər, öz həyatlarını riskə məruz qoyurlar və əfsuslar olsun ki, bu, itkisiz ötüşmür”.(azərtac)