Ulu öndər Heydər Əliyevin xatirəsi Dubayda da yad olunub

Ulu öndər Heydər Əliyevin xatirəsi Dubayda da yad olunub
  • Siyasət

  • Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki baş konsulluğunda xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

    LEQAL.AZ xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ölkəmizin BƏƏ-nin Dubay və Şimal əmirliklərindəki baş konsulu Cavidan Hüseynov müasir Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətindən, onun xilaskarlıq missiyasından bəhs edib. Qeyd edib ki, istər 1969-1982-ci illərdə ölkəyə rəhbərliyi dövründə, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ömrünü doğma xalqının işıqlı gələcəyi naminə fəaliyyətə həsr edən Ulu Öndərin müdrik siyasəti bugünkü şanlı Qələbənin və uğurların əsasını qoyub. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi kursunu davam etdirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev onun torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması arzusunu yerinə yetirdi.

    Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər