Qazaxıstanın Almatı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin görüşü başlayıb.
Bu barədə “Sputnik-Qazaxstan” məlumat yayıb.
Görüşdə Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Tacikistanın müdafiə nazirləri iştirak edirlər. İştirakçı dövlətlər arasında KTMT üzvü olan Ermənistan yoxdur.