Erməni silahlılarının səngər qazılmasının qarşısı alındı

Erməni silahlılarının səngər qazılmasının qarşısı alındı
  • Siyasət / Maraqlı

  • Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
    Ətraflı

    Bu barədə Leqal.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

    Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər