Azərbaycan və Rusiya xarici işlər nazirlərinin telefon danışığı olub

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin telefon danışığı olub
  • Siyasət

  • Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun telefon danışığı olub.

    Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

    Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər