Azərbaycanın xarici işlər naziri ilə Britaniyanın dövlət naziri arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri ilə Britaniyanın dövlət naziri arasında telefon danışığı olub
  • Siyasət

  • Noyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı olub.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, nazirlər bölgədəki cari vəziyyəti, noyabrın 10-da tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanat ətrafında fikir mübadiləsi aparıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xarakterli mübadilələrin həyata keçirilməsi və bütün kommunikasiyaların açılması kimi məsələlər müzakirə edilib.

    Nazir Vendi Morton bölgədə atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən üçtərəfli bəyanatın imzalanmasını alqışlayıb. O, razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

    Vendi Morton, həmçinin tərəflərin humanitar məsələlərə diqqət yeriməsinin mühüm olduğunu qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər