ADAU-nun Ukraynadakı tərəfdaşları xalqımızla həmrəy olduqlarını bildirirlər

ADAU-nun Ukraynadakı tərəfdaşları xalqımızla həmrəy olduqlarını bildirirlər
  • Siyasət / Maraqlı

  • Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov erməni terroru, Ermənistan tərəfindən dinc insanların məqsədli şəkildə öldürülməsi, ölkəmizin ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə dəhşətli raket atəşləri nəticəsində ciddi sayda mülki insanların həlak olması və obyektlərin dağıdılması, o cümlədən ADAU-nun Aqrotexnologiya fakültəsinin tədris binasının zərər dəyməsi barədə müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərini, əməkdaşlarını məlumatlandırır.
    Universitetin Erasmus+ proqramı çərçivəsində “Aqrar sektorda davamlılıq prinsipləri əsasında klasterlərin yaradılması üzrə innovasiyaların inkişafı” layihəsində əməkdaşlıq etdiyi Ukrayna Bila Tserkva Milli Aqrar Universiteti, Poltava Dövlət Aqrar Universiteti, Lvov Milli Aqrar Universiteti, Mərkəzi Milli Texniki Universiteti, Milli Aqrar Elmlər Akademiyasının Əkinçilik İnstitutu, “Kiyev Mohyla Akademi” Milli Universiteti, “Ukrayna Ərzaq Vadisi” İctimai Birliyi, “Dobro-Kraft” Fermer Müəssisəsi, Yavoriv Milli Təbiət Parkının əməkdaşları baş vermiş hadisələri ürəkağrısı ilə qarşıladıqlarını, dinc insanların öldürülməsinin bəşəriyyət üçün böyük cinayət olduğunu və bunun dünya ictimaiyyəti tərəfindən qınanılmasını, xalqımızla həmrəy olduqlarını, ölkəmizin suverenliyini və ərazi bütövlüyün dəstəklədiklərini bildiriblər.

    Əlihüseyn Şükürov

    PAYLAŞ:

    Oxşar xəbərlər