Erməni tərəfinin Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, nazirlik bir daha bildirir ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur.