Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
  • Siyasət

  • Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırım noyabrın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyub.

    LEQAL.AZ xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarlarının üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül düzüb.

    Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Binəli Yıldırıma Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

    Türkiyənin keçmiş Baş Naziri, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər çiçəklər qoyub.

    Binəli Yıldırım xatirə kitabına ürək sözlərini yazıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər