Türkiyəli nazirlər, dövlət, ictimaiyyət və tanınmış mədəniyyət xadimləri 18 oktyabr - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və dövlətinə müxtəlif səpkili təbriklər ünvanlayıblar.
LEQAL.AZ xəbər verir ki, təbrik mesajlarının böyük əksəriyyəti “Twitter” sosial media hesablarında #Azerbaycan #CanAzerbaycan #Tekmilletikidevlet həştəqləri ilə yazılıb.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Türkiyənin Malatya vilayətinin Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə “Qardaş Azərbaycana dəstək” şüarı ilə “Mehtəran” birliyinin konserti olub.