Son iki gündə düşmən xeyli sayda döyüş texnikası və canlı qüvvə itirib

Son iki gündə düşmən xeyli sayda döyüş texnikası və canlı qüvvə itirib
  • Siyasət

  • Cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrini və yaşayış məntəqələrini atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin fəaliyyətlərinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görülür. Bunun nəticəsində düşmənin xeyli sayda döyüş texnikası və canlı qüvvəsi sıradan çıxarılıb.

    LEQAL.AZ xəbər verir ki, qoşunlarımızın dəqiq atəş zərbələri nəticəsində Ermənistanın motoatıcı diviziyasının mövqelərinə yaxınlaşan döyüş texnikası məhv edilib və sıradan çıxarılıb. Bunun nəticəsində düşmənin müxtəlif təyinatlı 27 hərbi texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

    Həyata keçirilən əməliyyatlar nəticəsində düşmənin motoatıcı alayının iki zabiti məhv edilib, xeyli sayda yaralı var. Digər motoatıcı alayın mövqelərinə endirilən zərbələr nəticəsində ölən və yaralananlar arasında iki bölük komandiri də var.

    Düşmənin dağatıcı alayının döyüş mövqelərinə vurulan zərbələr nəticəsində taborun şəxsi heyətinin 50 faizinin məhv edildiyi, zabitlərdən cəmi 5 nəfərin sağ qaldığı müəyyən edilib. Sağ qalan erməni hərbi qulluqçularının isə döyüş mövqelərini ataraq qaçdığı məlum olub.

    Düşmənin Xocavənd istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralananların olduğu, silah-sursatın tükəndiyi, bölmələr arasında rabitənin olmadığı barədə məlumat da var.

    Döyüş mövqeyinə çıxarılan əlahiddə taborun şəxsi heyəti arasında da xeyli sayda ölən və yaralananların, eləcə də ölənlər arşında bölük komandirlərinin olduğu məlum olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər