Bu gün - 31 oktyabrda RA Baş Naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə bir məktub göndərib.
LEQAL.AZ moderator.az-a istinadən xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata gör, Paşinyan məktubda Azərbaycanın əks-hücumları nəticəsində yaranmış vəziyyəti və bununla əlaqədar yaranan problemləri hərtərəfli təqdim edib.
Ermənistan sərhədinə hərbi əməliyyatların yaxınlaşmasını, “Ermənistan ərazisinə təcavüz faktlarını” nəzərə alaraq terrorçu baş nazir Rusiya Federasiyasının Ermənistana təhlükəsizliyini əsas götürərək təmin edə biləcəyi yardım növünü və miqdarını təyin etmək üçün dərhal məsləhətləşmələr üçün Rusiya Federasiyasının Prezidentinə müraciət edib. Məktubda Ermənistan və Rusiya arasındakı müttəfiq münasibətləri və 29 Avqust 1997-ci il tarixli "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" nin 2-ci maddəsi də xatırlanıb.