Zöhrə Abdullayevanın səhhəti pisləşdi

Zöhrə Abdullayevanın səhhəti pisləşdi
  • Mədəniyyət

  • Xəstəxanaya yerləşdirilən əməkdar artist Zöhrə Abdullayevanın vəziyyəti ağırlaşıb.

    LEQAL.AZ  xəbər verir ki, bu haqda sosial şəbəkədə aparıcı Hacı Nuran məlumat verib: "Zöhrə Abdullayevanı səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirmişdik. Bu dəqiqə onun hamının duasına ehtiyacı var. Çünki tibbin aciz qaldığı məqamlarda insan ümidini Allaha bağlayır. Mən də bu dəqiqə onun üçün hamının dua etməsini istəyirəm. Çünki Zöhrə anamın bu dəqiqələrdə ancaq duaya ehtiyacı var. Yastığın yüngül olsun, əziz insan. Tanrı sənə qıymasın!".

    Qeyd edək ki, Zöhrə Abdullayeva bir müddət əvvəl revmatizmadan əziyyət çəkdiyini və uzun müddət xəstəxanada qaldığını demişdi./teleqraf.com
    PAYLAŞ:

    Oxşar xəbərlər