“Era Teatrı”nın növbəti premyerası baş tutacaq

“Era Teatrı”nın növbəti premyerası baş tutacaq
  • Mədəniyyət

  • Gürcüstanda fəaliyyət göstərən, soydaşlarımız tərəfindən təsis olunan ilk müstəqil teatr ünvanını daşıyan “Era Teatrı”nın növbəti premyerası baş tutacaq.
     
    Bu barədə Leqal.az-a teatrdan bildirilib.
     
    “İçimdəki həbsxana” adlanan və psixoloji dram janrında hazırlanan tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğludur. Tamaşada rolları gənc soydaşlarımızdan Elnur Vəlizadə, Əli İlqaroğlu, Gül Cəfərova, Məryəm Əliyeva və İdris Elnuroğlu ifa edirlər. 17 sentyabr, saat 15:30-da nümayiş olunacaq tamaşa, Tbilisinin Akaki Xorava adına Aktyorlar evində səhnələşdiriləcək.
     
    Xatırladaq ki, “Era Teatrı”nın öz məkanı olmadığından, tamaşaları ev şəraitində hazırlayır və sonrasında icarə əsasında müxtəlif teatrlarda nümayiş etdirir. Buna baxmayaraq teatr indiyə qədər “Məni bağışla”, “Bu yolun son stansiyası”, “Cənnətdən gələn məktub”, “Bir dəlinin gündəliyi” və hazırda “İçimdəki həbsxana” adlı tamaşaları hazırlayıb və Tbilisi, Batumi, Marneuli, Bolnisi və Qardabani kimi şəhərlərdə nümayiş etdirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər