Əməkdar artist Əli Salahlının məzarı ziyarət olunub

Əməkdar artist Əli Salahlının məzarı ziyarət olunub
  • Mədəniyyət

  • Əməkdar artist Əli Salahlının məzarı ziyarət olunub.

    Aprelin 23-ü Əməkdar artist Əli Məmməd oğlu Salahlının vəfatının 18-ci ildönümündə aktyorun uzun illər çalışdığı Lənkəran Dövlət Dram Teatrının kollektivi, sənət dostları Masallı rayonunun Yeddioymaq kəndindəki qəbirstanlıqda onun məzarını ziyarət ediblər. 

    Ziyarət zamanı mərhum sənətkarın həyat və fəaliyyətindən söz açılıb, onunla bağlı xatirələr dilə gətirilib.

    Daha sonra Fatihə surəsi oxunub, mərhumun ruhuna dualar edilib.

    Qeyd edək ki, Ə.Salahlı 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində anadan olub. O, 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda  ali təhsil alıb. 1973-2005-ci illərdə  Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor işləyib. 
    Teatrda çalışdığı müddətdə Ə.Salahlı onlarla müxtəlif xarakterli rollarda çıxış edib.

    Milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Ə.Salahlı Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2000-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 

    23 aprel 2005-ci ildə yaradıcılığının çiçəkləndiyi vaxtda vəfat edən Əli Salahlı doğulduğu Masallı rayonunun Yeddioymaq kəndindəki qəbirstanlıqda dəfn olunub.

    Allah rəhmət eləsin!

    www.leqal.az






    PAYLAŞ:

    Oxşar xəbərlər