Ramiz Novruz dəfn olundu

Ramiz Novruz dəfn olundu
  • Mədəniyyət

  • Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz dəfn olunub.

    Mərhum Yasamaladakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

    Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

    Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.

    xxx

    Xalq artisti Ramiz Novruz II Fəxri Xiyabanda dəfn olunacaq.

    Bu barədə ailə üzvləri məlumat verib.

    Hazırda Xalq artistinin evində vida mərasimi keçirilir. Mərasimə sənət adamları axın edib, sənətkarla vidalaşırlar.

    Qeyd edək ki, Ramiz Novruz ötən gün axşam saatlarında dünyasını dəyişib. O uzun müddətdir ki,mədə xərçəngindən əziyyət çəkirdi.

    xxx

    10:15

    Xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir

    Mərasimdə mərhumun yaxınları, ailə üzvlər iştirak edir.

    Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.

    Teatr sənətindəki xidmətlərinə görə 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

    O, bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

    Ramiz Novruz mədə xərçəngindən əziyyət çəkirdi.

    PAYLAŞ:

    Oxşar xəbərlər