Bir neçə gündən sonra XVII Bakı Beynəlxalq Caz Festivalı başlayır. Builki festivala dünyaca məşhur caz ustaları dəvət olunub. “Yogev Şetrit” triosu da var.
LEQAL.AZ xəbər verir ki, sentyabrın 29-da Yogev Şetrit trio yoldaşları Amir Solomon (bas), Devid Şitrit (fortepiano) ilə “Madrid Restobar”da çıxış edəcək.
Bəstəkar və nağara ifası Yogev Şetrit 1978-ci ildə İsraildə anadan olub. “Yerusəlim İvrit Universiteti”ndə Musiqiologiya üzrə bakalavr dərəcəsi alıb. Şetrit dünyaca məşhur “Coolooloosh” krupunun yaradıcısı və üzvü olub, Çuçito Valdes, Tia Fuller, Arni Lourens, Paulo Morello ve Kevin Mahogany kimi görəmli sənətçilərlə eyni səhnəni bölüşüb. Bəstəkar qəlbli Şetrit orijinal əsərlərini ifa etmək üçün 2016-cı ildə öz triosunu yaradıb. Qrup rəhbəri kimi ilk studiya albomu "New Path"ı buraxıb. O vaxtdan “Yogev Şetrit” triosu “Beynəlxalq Panama Caz Festivali”, “The Kennedy Center”, “Casa Del Jazz”, Roma, Vaşinqton daxil olmaqla dünyanın 30-dan çox ən böyük festivali və məkanlarında çıxışlar edib.