"ANAM YADIMA DÜŞDÜ" - Ramazan Səməroğlu

"ANAM YADIMA DÜŞDÜ" - Ramazan Səməroğlu
  • Mədəniyyət / Maraqlı


  • "ANAM YADIMA DÜŞDÜ"

    Qəfil yuxuya getdim,
    Günü üstümə örtdüm,
    Layla səsi eşidim,
    Anam yadıma düşdü.

    Elə bil gözə gəldim,
    Düşdüm bir izə gəldim,
    Dünyaya təzə gəldim
    Anam yadıma düşdü.

    Bir qocanı haqladım,
    Yarı yolda saxladım,
    Onu tez qucaqladım
    Anam yadıma düşdü.

    Qurudum dodaq kimi,
    Söndüm od -ocaq kimi,
    Ağladım uşaq kimi,
    Anam yadıma düşdü.

    Narın yağış yağırdı,
    Bacım inək sağırdı,
    Birdən məni çağırdı,
    Anam yadıma düşdü.

    Zirvəni haça gördüm,
    Dağları uca gördüm,
    Nurani qoca gördüm,
    Anam yadıma düşdü.

    Çeşmədə su içəndə,
    Quzeydə ot biçəndə,
    Qaranquşlar köçəndə,
    Anam yadıma düşdü.

    Hey, başına dolandım,
    Nə dedilərv inandım,
    Dünyanı ana sandım,
    Anam yadıma düşdü.
    PAYLAŞ:

    Oxşar xəbərlər