Rusiyalı ulduzlar Ukraynaya qarşı müharibəni qınadılar

Rusiyalı ulduzlar Ukraynaya qarşı müharibəni qınadılar
  • Mədəniyyət / Dünya

  • Rusiyalı məşhurlar ölkələrinin Ukraynaya qarşı başlatdığı müharibəni qınayıblar.

    “Leqal.az” xəbər verir ki, onlar bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər.

    Şoumen Maksim Qalkin: “Sübh tezdən Ukraynadan olan doğmalarım və dostlarımla əlaqədəyəm! Nə hiss etdiyimi sözlə ifa etmək olmur. Bunu necə etmək olar! Müharibəyə heç bir halda haq qazandırmaq olmaz! Müharibəyə yox!”. //Qafqazinfo

    Rusiyanın Əməkdar artisti Valeri Meladze video yazıb: “Sizdən xahiş etmək istəyirəm ki, hərbi əməliyyatları dayandırasınız və danışıqlar masasına əyləşəsiniz. İnsanlar razılığa gəlməyi bacarmalıdırlar. Bunun üçün bizə dil verilib. İnsanlar ölməməlidir, bunu dayandırmaq lazımdır”.

    Bu gün doğum günü olan şoumen Aleksandr Qudkov: “Bu gün doğulduğuma görə utanıram. #MüharibəyəYox”.

    Aparıcı İvan Urqant: “Qorxu və ağrı. Müharibəyə yox”.

    Aktyor Maksim Vitorqan: “Biabırçılıq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər