Xalq artisti Kamil Cəlilov dəfn edilib

Xalq artisti Kamil Cəlilov dəfn edilib
  • Mədəniyyət / Maraqlı

  • Xalq artisti Kamil Cəlilov dəfn edilib.

    “Leqal.az” xəbər verir ki, sənətkar II Fəxri xiyabanda torpağa tapşırılıb.

    17:25
    Xalq artisti Kamil Cəlilovun dəfn mərasimi keçirilir.

    “Report”un xəbərinə görə, mərhumun cənazəsi torpağa tapşırılmaq üçün II Fəxri xiyabana gətirilib.

    Dəfn mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak edir.

    Qeyd edək ki, Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub. O, fevralın 22-də 84 yaşında vəfat edib.

    15:55
    Mərhum Xalq artisti Kamil Cəlilovun dəfn olunacağı yer dəyişdirilib.

    Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Xalq artisti Kamil Cəlilov bu axşam Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunacaq.

    13.00
    Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar Kamil Cəlilovun dəfn yeri məlum olub.

    Bu barədə “Leqal.az”a Xalq artistinin ailəsindən məlumat verilib.

    Bildirilib ki, K.Cəlilov Bilgəh kənd qəbiristanlığında həyat yoldaşının yanında torpağa tapşırılacaq.

    Qeyd edək ki, Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub. O, dünən 84 yaşında vəfat edib.



    PAYLAŞ:

    Oxşar xəbərlər