Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir

Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir
  • Mədəniyyət

  • Gəncə şəhər İmamzadə qəbristanlığında Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir.

    "Leqal" xəbər verir ki, mərasimdə mərhumun yaxınları ilə yanaşı, mədəniyyət sahəsinin nümayəndələri iştirak edir.

    Mərhum vida mərasimindən sonra İmamzadə qəbristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, Novruz Yaqub oğlu Əliyev dünən 75 yaşında onkoloji xəstəlikdən vəfat edib.

    O, 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

    Qeyd edək ki, Novruz Əliyev (Qartal) onkoloji xəstəlikdən əziyyət çəkirdi. O, 2021-ci il noyabrın 23-də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

    Allah rəhmət eləsin!


    PAYLAŞ:

    Oxşar xəbərlər