Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu

Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu
  • Mədəniyyət

  • Bu gün Parisdə “Uşaq Avroviziyası - 2021” mahnı müsabiqəsi keçiriləcək. 

    “Leqal” xəbər verir ki, müsabiqədə ölkəmizi “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edəcək. 

    Qeyd edək ki, səsvermə dekabrın 17-də, Bakı vaxtı ilə saat 23.00-da başlayıb və bu gün, 19 dekabr saat 19.00-dək davam edəcək və sonuncu iştirakçının çıxışından dərhal sonra 15 dəqiqəlik bərpa olunacaq.

    Sona Əzizovanın çıxışını bəyənirsinizsə, https://vote.junioreurovision.tv/ saytına keçid edərək səs verə bilərsiniz.

    ***

    Müsabiqədə ölkələrin səsverməsinə əsasən, İtaliya və Ukrayna ən yüksək - 12 xalı Azərbaycana verib. Azərbaycan isə ən yüksək - 12 xalı Rusiyanın lehinə istifadə edib. 

    ***

    Builki müsabiqənin qalibi "Qami qami" mahnısı ilə Ermənistan təmsilçisi Malena (224 xal) oldu. Azərbaycan 151 xalla beşinci yeri tutub. İkinci pillədə Polşa (218), üçüncü yerdə Fransa (197), dördüncü yerdə isə Gürcüstan (163) qərarlaşıb.




    PAYLAŞ:

    Oxşar xəbərlər