
İsrailin İrana zərbələr endirməsi nəticəsində 6 iranlı nüvə alimi həlak olub.
"Leqal" xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
“NourNews” isə hücumda 20 nəfərin xəsarət aldığını yazıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İran ərazisində bir neçə nüvə obyektinə zərbələr endirib.