
Rusiya Hərbi Hava Qüvvələri gecə saatlarında ölkənin müxtəlif regionları üzərində 162 Ukrayna PUA-sını məhv edib.
"Leqal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Kursk vilayətində 57, Belqorod vilayətində 31, Lipetsk vilayətində 27, Voronej vilayətində 16, Bryansk vilayətində 11, Ryazan vilayətində 11, Oryol vilayətində 6, Krımda (Ukrayna) 2 və Tambov vilayətində 1 pilotsuz təyyarə vurulub.