
Tonqa Krallığının sahillərində 7,1 bal gücündə zəlzələ oub.
Leqal.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Geoloji Tədqiqatlar Bürosu məlumat yayıb.
Zəlzələ əsas adanın təxminən 100 kilometr (62 mil) şimal-şərqində baş verib. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra xəbərdarlıq edib ki, episentrdən 300 kilometr (185 mil) yaxınlıqdakı sahillər üçün təhlükəli dalğalar ola bilər.
Qeyd edilib ki, səlahiyyətlilər araşdırmalara başlayıb.
Xatırladaq ki, bir neçə gün öncə Tailandın Myanmar vilayətində 7.7 bal gücündə zəlzələ qeydə alınmışdı.