Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov həlak olub.
Leqal.az xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.
Kirillov 2023-cü ildə Müdafiə Nazirliyi üçün mütəmadi olaraq brifinqlər keçirib və həmin brifinqlərdə Rusiya ərazisində gözlənilən terror aktları barədə məlumat verib.
Məlumata görə, general və köməkçisi səhər saat 6 radələrində Ryazanski prospektindəki evin girişindən çıxıblar. Bu zaman əldəqayırma partlayıcı qurğu işə düşüb.
Dekabrın 17-də səhər tezdən "SHOT" teleqram kanalı şahidlərə istinadən xəbər verib ki, Moskvada Ryazanski prospektində güclü partlayış baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Hadisə ilə bağlı araşdırma aparılacaq, araşdırma zamanı baş verənlərin təfərrüatları məlum olacaq.