“HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda başqa dövlətin ərazisindən buraxılan raketlə öldürülüb”.
Leqal.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı adı açıqlanmayan iranlı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, İ. Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. Gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.