Trampa atəş açan şəxsin kimliyi bəlli oldu

Trampa atəş açan şəxsin kimliyi bəlli oldu
  • Maraqlı / Dünya

  • ABŞ-ın eks-prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin kimliyi bəlli olub.

    Leqal.az  "New York Post"a istinadən xəbər verir ki, onun adı Metyu Kruksdur.
     
    Bildirilir ki, 20 yaşlı gənc Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşayır.

    Kruks Trampa yüz metr aralıdakı zavodun damından atəş açıb.

    Lakin uğursuz sui-qəsdçi ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər