Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ölənlərin ümumi sayı 55 nəfərə çatıb.
Bunu regional hakimiyyət orqanlarının dərc etdiyi məlumatlar sübut edir.
Məlumatalara əsasən, 100-dən çox insan xəsarət alıb, onlardan 17-nin vəziyyəti ağırdır.
Ölənlərin və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İşikava prefekturasının sakinləridir. Orada zəlzələdən sonra baş verən yanğınlar 200-dən çox yaşayış binasını dağıdıb.
Mənbə: TASS