Yaponiya sahilində 5,1 maqnitudalı zəlzələ olub.
Leqal.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri təxminən 27,1 min nəfər əhalisi olan Qobo şəhərindən 15 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 39 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.