Mayın 7-dən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın 19 ölkəsində 131 insanda meymun çiçəyi və 106 şübhəli infeksiyanın təsdiqləndiyini bildirdi.
ÜST bu epidemiyanı qeyri-adi adlandırıb, lakin onun yayılmasının “ləng” olaraq qaldığını qeyd edib. Bununla belə, təşkilat üzvləri meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün məsləhətləşmə görüşlərini davam etdirəcəklər.
Aprel və may aylarında bir sıra Qərbi Avropa ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Son zamanlar, xüsusilə, Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə yoluxma halları qeydə alınıb.
Bu, nadir viral xəstəlikdir, əsasən vəhşi heyvanlardan (gəmiricilər, primatlar) insanlara ötürülür. Xəstəliyin simptomlarına hərarət, baş ağrısı, əzələ və bel ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq daxildir. Dəri səpgiləri üzdə və bədənin digər hissələrində də görünə bilər. ÜST-ün məlumatına görə, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1%-10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.oxu.az
Mənbə: Reuters