LEQAL.AZ milli.az-a istinadən bildirir ki, dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - çox uğurlu gündür. Başladığınız işlərin praktiki olaraq hamısını başa vura bilərsiniz. Peşəkar fəaliyyət sahəsində qeyri-standart və mürəkkəb problemlərin həlli ilə bağlı problemlər yaranmayacaq. Eksperimentlər aparmaq, qarşınıza qoyduğunuz məqsədə doğru fərqli yollar aramaq olar.
Buğa - lider məziyyətlərinizi nümayiş etdirin. Yaxınlarınızla tərəfdaşların təşəbbüslərinə mane olmayın. Maliyyə məsələləri baxımından əlverişli zamandır. Alış-veriş etmək olar.
Əkizlər - baş verənlərə rəğmən sakit və təmkinli olun. Çətin olsa da, çalışın. Günün ortaları ən mürəkkəb zamandır. Emosiyaların əsirinə çevrilsəniz, işlər alt-üst olacaq. Aqressiv, davakar, qıcıqlı davranmayın.
Xərçəng - özünüz zərər görməklə yanaşı, yaxın ətrafınızdakı insanlar üçün də problem yaradacaqsınız. İşdə rəhbərliklə münaqişə istisna deyil.
Şir - planlaşdırılmamış alış-verişdən, bədxərclikdən uzaq olun. Ən xırda və kiçik məsələlərdə belə, sayıq davranın. Sonradan acı təəssüf hissi yaradacaq yanlışlıqlara yol verməyin.
Qız - asan və sadə gündür. Faydalı təmaslar qurmaq, yaxşı məsləhət verəcək və ya dəstək olacaq insanlarla tanış olmaq mümkündür. Yeni tanışların rəğbətini qazanmağa çalışın.
Tərəzi - əks cins mənsubunun diqqətini cəlb edəcəksiniz. Təcrübənizdən maraqlarınızın təminatı üçün yararlanmaq zamanıdır. Axşam saatlarında diqqətli olun.
Əqrəb - uğur vəd edən gündür. Diqqətli olun, yeni təmayülləri izləyin. Fikir və təşəbbüslərinizin yaxın ətrafınızdakı insanlar tərəfindən qəbulu üçün təsirlərə əl atmayın. Yaşamınızda yeni imkanlar paradoksal şəkildə yarana bilər.
Oxatan - qüvvənizi mənasız işlərə sərf etməyin. Ən vacib məsələ ilə məşğul olun. Daxili gərginlik sizi yora bilər. Günün ikinci yarısında işlərə yardımçı cəlb edin.
Oğlaq - layihənizi reallaşdırmağa başlayın. Avadanlıq, texnika və mexanizmlərlə çalışarkən diqqətli olun.
Dolça - yanlış təəssüratın əsirinə çevrilməyin ki, şəxsi münasibətlərdə mənfi təmayüllər formalaşmasın. Günün ikinci yarısı yeni planların reallaşması, ideyaların izharı, maraqlı fəaliyyət zamanıdır. Alış-veriş üçün yaxşı vaxtdır. Yaşam arealında konstruktiv dəyişikliklər etmək olar. Axşam saatlarını musiqi sədaları altında keçirmək olar.
Balıqlar - başladığınız işlərdə mükəmməliyə can atın. Yalnız zahiri gözəlliyə inanmayın. Qarşılaşacağınız insanların fərdi məziyyətlərinə fikir verin. Təmasda olduğunuz şəxsləri dəyərləndirəndə hisslərə qapılmayın.