Alma-Ata hava limanı uçuşları bərpa edir

Alma-Ata hava limanı uçuşları bərpa edir
  • Maraqlı / Dünya

  • Alma-Ata hava limanı 13 yanvardan (Nur-Sultan vaxtı ilə 0.00) daxili və beynəlxalq reyslərə xidmət göstərmək üzrə işini bərpa edir. Bu barədə limanın mətbuat xidməti xəbər verir.

    Daha əvvəl bildirilmişdir ki, Alma-Atada ölkədə etiraz aksiyaları ilə əlaqədar fövqəladə vəziyyət çərçivəsində tətbiq edilən komendant saatı ilə əlaqədar hava limanı saat 8.00-dan 21.00-dək fəaliyyət göstərəcək. Eyni zamanda təhlükəsizlik baxımından yalnız sərnişinlərin terminala daxil olmasına icazə verilir.

    Aeroportdan RİA Novosti-yə verilən məlumata görə, Alma-Ataya və oradan reyslərin cədvəli indi aviaşirkətlər tərəfindən formalaşdırılır. /virtualaz.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər