Moskva metrosunda sərnişin özü ilə gətirdiyi böcəklərlə dolu hovuza girib.
LEQAL.AZ big.az istinadən xəbər verir ki, bu barədə "Moskva seyças" "Telegram" kanalı görüntü yayıb.
Kadrda əlcəkdə və maskada olan gəncin şişmə mavi hovuzda uzanması əks olunub. Eyni zamanda, tarakanların hovuzun dibi və üstündə hərəkət etdiyi görünür.
Gəncin hovuzu harada və necə şişirdib böcəklərlə doldurduğu məlum deyil.