"İndiyə qədər Bakıda sərnişin daşıyıcıları 51% optimallaşdırılıb".
LEQAL.AZ "report"a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
"Təkcə ötən il 21% daşıyıcı optimallaşdırılıb. Məqsədimiz Bakı şəhərini həm əlçatanlıq, həm də mobillik baxımından Avropa şəhərləri sırasında ilk onluğa salmaqdır. Bakı şəhəri kimi meqapolislərin sayı 5-10 arasında dəyişir. Qəsəbələrə sərnişindaşıma vacib məsələlərdəndir.
Gətirilən 9 metrlik avtobusların bu istiqamətdə xəttə buraxılması nəzərə tutulur. Son 5 ildə şəhərətrafı 15 yeni xətt istifadəyə verilib. Orta hesabla 665 min sərnişin bu xətlərdən istifadə edib", - deyə o qeyd edib.
LEQAL.AZ