Cari ildə Azərbaycanda ən çox ixrac əməliyyatları yanvarda aparılıb.
LEQAL.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsi bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, yanvarda ixrac əməliyyatlarının dəyəri 2 milyard 130,2 milyon ABŞ dolları, mayda isə 665,4 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin 9 ayında ölkədə ixracın dəyəri 10 milyard 579,8 milyon dollar olub.