Müzəffrər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də başlanılıb. İlk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən, təbii qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir. Bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb.
“Azəriqaz”dan LEQAL.AZ-a bildirilib ki, birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib. “Azəriqaz” işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır.
Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdırlar.