Bakı-Tbilisi-Bakı aviareysləri bərpa olunub

Bakı-Tbilisi-Bakı aviareysləri bərpa olunub
  • İqtisadiyyat

  • Martın 19-dan Azərbaycan ilə Gürcüstan arasında aviareyslər bərpa olunub.

    LEQAL.AZ xəbər verir ki, bu gün saat 07:00-da “Buta Airways” aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Tbilisiyə uçuş həyata keçirib. Həmin təyyarə saat 10:10-da Şota Rustaveli adına Tbilisi aeroportundan Bakıya uçub. Uçuş müddəti bir saatdır.

    Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

    Sərnişinlər son 48 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə uçuşa buraxılıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər