112 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

112 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib
  • İqtisadiyyat

  • 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

    Bakı Nəqliyyat Agentliyindən LEQAL.AZ-a bildirilib ki, dəyişikliyə səbəb Xəzər rayonu, Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir. Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər