Azərbaycan neftinin qiyməti bahalaşır.
LEQAL.AZ xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,03 dollar artaraq 59,51 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.