Hindistanın basmati düyüsünün təbliği məqsədilə bu ölkənin Azərbaycandakı səfirliyi yanvarın 15-də Hindistanın Kənd Təsərrüfatı və Emal Edilmiş Qida Məhsullarının İxracının İnkişafı Qurumu (APEDA) ilə birgə Azərbaycana basmati düyüsü ixrac edən 7 aparıcı şirkətin iştirakı etdiyi işgüzar görüş keçirib.
Səfirlikdən LEQAL.AZ-a bildirilib ki, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna videogörüşdə iki ölkə arasındakı inkişaf etməkdə olan olan iqtisadi əməkdaşlığı vurğulayıb və Azərbaycanın düyü idxalının 66 faizdən çoxunu təmin edərək Hindistanın Azərbaycana düyü ixracında birinci yeri qoruyub saxladığını bildirib.
APEDA-nın sədri M.Angamutu Basmati düyüsünün müxtəlif növlərinin Azərbaycana idxal olunan məhsullar sırasında ən sevilən məhsullardan biri olduğunu qeyd edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndəsi Fuad Hümbətov Hindistanın Azərbaycana ən böyük düyü ixracatçısı olduğunu bildirib və hindistanlı ixracatçıları ölkəmizdə gələcək imkanları araşdırmağa dəvət edib.
Onlayn görüş zamanı Hindistanın 7 basmati düyüsü ixracatçısının - "Supple Tek Industries Private Limited" (Pəncab), "KRBL Limited" (Dehli), "D.D. International Pvt. Limited" (Pəncab), "Shiv Shakti Inter Globe Exports Pvt. Limited" (Haryana), "Tanna Agro Impex Pvt. Limited" (Maharaştra), "L.T. Foods Limited" (Delhi) və "GRM Overseas Limited" (Haryana) şirkətlərinin nümayəndələri öz şirkət və məhsullarına dair təqdimatlar ediblər. Virtual görüşdə Azərbaycandan idxalçıları və Hindistandan ixracatçıları təmsil edən təxminən 45 nəfər iştirak edb. Tədbir zamanı Hindistanın düyü ixracatçıları və Azərbaycanın düyü idxalçılarının siyahısının yer aldığı elektron kataloq buraxılıb.
2020-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi düyü idxalının 66 faizini qarşılayan Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəsi olmaqda davam edir. 2019-cu ildə Hindistanın Azərbaycana düyü ixracının dəyəri 28,3 milyon ABŞ dolları dəyərində olub ki, bu da ölkənin ümumi düyü idxalının 73 faizdən çoxunu təşkil edib. 2017-ci və 2018-ci illərdə bu nisbət müvafiq olaraq 66,4 faiz və 73,1 faiz olub.
1985-ci ildə Hindistan hökumət təşkilatı olaraq yaradılan APEDA planlaşdırılmış məhsulların inkişafı istiqamətində maddi yardım, informasiya və təlimatlar verir. Qurum, həmçinin planlaşdırılmış məhsulların standartlarını və spesifikasiyalarını müəyyən edir, həmin məhsulların qablaşdırılmasını və marketinqini təkmilləşdirir, məhsulların keyfiyyətinin təmin olunması məqsədilə baxış keçirir, həmin məhsullarla əlaqəli sənaye sahələrinin müxtəlif aspektləri üzrə təlimlər təşkil edir, tədqiqatlar, texniki-iqtisadi əsaslandırma işləri aparır, fabrik və müəssisələrin sahiblərindən stastik məlumatlar toplayır və bu statistikaları nəşr etdirir.