LEQAL.AZ xəbər verir ki, Masallı rayonunda tərəvəzçiliklə məşğul olan fermerlər və təsərrüfat sahibləri bu ilin məhsulu üçün 3222 hektar sahədə tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular əkiblər. Məhsul istehsalçıları bitkilərə yaxşı qulluq etdiklərinə görə sahələrdə bol məhsul yetişdiriblər.
Bildirilib ki, rayonun tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumruların əkin sahəsindən 73659,1 ton məhsul yığılıb. Sahələrdən yığılan məhsulun 9351,7 tonunu xiyar, 17018,8 tonunu pomidor, 1457,8 tonunu sarımsaq, 2285,1 tonunu soğan, 15171,2 tonunu badımcan, 516,4 tonunu kələm, 2395,4 tonunu bibər və 669,3 tonunu qabaq və 4709,9 tonunu sair tərəvəz, 4780,4 tonunu qarpız-yemiş və 15303,1 tonunu isə kökümeyvəlilər və köküyumrular təşkil edib.
Rayonda tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumruların yığımı başa çatmaq üzrədir.