Mәrkәzi Bankın tәqdim etdiyi mәlumata görә, sentyabrın 1-nә ölkәnin bank vә digәr kredit tәşkilatlarının kredit portfeli milli valyuta ekvivalentindә 14 milyard 685,1 milyon manat tәşkil edib.
Dövlət Statistika Komitəsindən LEQAL.AZ-a bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 180,9 milyon manatı vә ya 82,9 faizi uzunmüddәtli kreditlәrin payına düşüb. Kreditlәrin 97,4 faizi banklar, 2,6 faizi isә bank olmayan kredit tәşkilatları vә kredit ittifaqları tәrәfindәn verilib.
Ödәmә vaxtı keçmiş kreditlәrin mәblәği 1 milyard 65,4 milyon manat olub vә ümumi kredit portfelinin 7,3 faizini tәşkil edib.