XIX əsrin sonunda dünyada ilk dəfə elektrik eneıjisinin istehsal başlanmışdır. Bu dövrə qədər Azərbaycanda artıq neft çıxarılmasıq başlandığı vaxtdan elektrik eneıjisindən istifadə olunmuşdur. I dövrdə (1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 5-50 kvt-lıq elektrik stansiyalan quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafi elektrik eneıjisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici elektrotexniki firmalar - «Simens ± Qalske», «AEQ» və başqaları Bakıda daha güclü elektrik stansiyalan tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə «Elektrik gücü» aksioner (səhmdar) cəmiyyəti yaradılır.
Azərbaycanda elektroenergetikanın inkişaf tarixi 1897-ci ildə Azərbaycan çar Rusiyasının tərkibində olarkən Bakıda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyasının inşa olunması ilə başlamışdır. Bu stansiyanın istehsal etdiyi elektrik enerjisi əsasən sənaye tələbatının ödənilməsinə yönəldilmiş, cüzi bir hissəsi isə işıqlandırmaya sərf olunmuşdur. XX əsrin 40-cı illərində dərin neft quyularının qazılması və istismarı planlaşdırılmış, bu isə elektrik enerjisinə olan tələbatın artması ilə nəticələnmişdi. Bunu nəzərə alaraq, 1940-cı ildə Azərbaycan SSR-də fəaliyyətdə olan elektrik stansiyalarının qoyuluş gücü 250 MVt-a, elektrik enerjisinin istehsalı isə 1,7 mlrd. kVt. saata çatdırıldı. 1941-ci ildə isə Azərbaycanda ilk istilik elektrik stansiyası olan 1 saylı Sumqayıt İstilik Elektrik Mərkəzi istismara verildi. Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2004-cü il tarixli 446 nömrəli Sərəncamı ilə oktyabrın 20-si Azərbaycan Respublikasında "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunur. Bu tarix 1981-ci ildə “Azərbaycan” İES-in istifadəyə verilməsi ilə əlaqədar təyin edilib.
Vazeh Axundov,
Şərəfə kənd sakini.