Masallı rayonu respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən aqrar sahənin inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.
Rayonda bitkiçilik istehsalında yüksək məhsuldarlıq əldə olunmuş və bu sahədə işlər davam etdirilir. Belə ki, yazlıq əkinlərin sahəsi genişlədirilmiş, məhsul istehsalı xeyli artmışdır. 2020-ci ilin faktiki qiyməti ilə 99947,8 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 41482,2 min manatı və ya 41,5 faizi isə bitkiçilik məhsularının payına düşür.
Ötən ilin müvafiq dövrü ilə cari ilin doqquz ayı ilə müqayisədə məhsul buraxılışı 16,8 faiz artmışdır.
Cari ilin altı ayında rayonun tarlalarında, 4205,1 hektar sahədə yazlıq əkinlər aparılmışdır. Əkinlərin 880,5 hektarını kartof, 2009,3 hektarını tərəvəz, 18,0 hektarını təzə yonca, qalan 1297,3 hektar digər bitkilər təşkil etmişdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlər 0,5 faiz artmışdır. Yazlıq əkininlərin artımı əsasən tərəvəzin, kartof, çəltik və tütun bitkisinin artması hesabına olmuşdur.
LEQAL.AZ