Masallıda ümumi məhsul buraxılışı 13,4 faiz artıb

Masallıda ümumi məhsul buraxılışı 13,4 faiz artıb
  • İqtisadiyyat

  • LEQAL.AZ  Azərtac-a istinadən xəbər verir ki, bu ilin doqquz ayında Masallı rayonunda ümumi məhsul buraxılışının həcmi 325328,3 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur.

    Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, bu dövrdə rayonda 46752,0 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. İstehsal olunmuş sənaye məhsulunun 39 min manatı və ya 0,1 faizi mədənçıxarma sənayesinin, 41162,5 min manatı və ya 88,0 faizi emal sənayesinin, 5102,3 min manatı və ya 10,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 448,2 min manatı və ya 1,0 faizi su təchizatı tullantılarının təmizlənməsi və emalının payına düşür.

    Doqquz ayda rayonda kənd təsərrüfatı məhsulları istehsalı 114388,7 min manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artıb. Məhsul buraxılışının 51,7 faizi və ya 59089,2 min manatı bitkiçilik, 48,3 faizi və ya 55299,5 min manatı heyvandarlıq təşkil edib.

    Bu dövrdə iri buynuzlu mal-qaranın sayı 73222 baş olmaqla, ət istehsalı 5248,9 ton, süd istehsalı 34831,1 ton, yumurta istehsalı 46266 min ədəd, qoyun və keçilər 93372 baş təşkil edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər