Yaroslav Şilqavı: "Futbolçular göz yaşlarına hakim ola bilmədi"

Yaroslav Şilqavı: "Futbolçular göz yaşlarına hakim ola bilmədi"
  • İdman

  • "Biz məyusuq. Bəzi oyunçular göz yaşlarına hakim ola bilmədi. Mən öz komandamla qürur duyuram. Fikrimcə, azarkeşlər bizim çıxışımızdan razı qalacaqlar. Sonadək mübarizə apardıq".

    LEQAL.AZ-ın məlumatına görə, bu fikirləri Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavı Bakıda Danimarkaya 1:2 hesabı ilə uduzduqları Avropa çempionatının 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

    60 yaşlı mütəxəssis bildirib ki, AVRO-2020-də yaxşı çıxış ediblər: "Rəqibin bu gün ilk qolu erkən vurması bizə təsir etdi. Hər qoldan sonra məyus olduq. Nəticəni dəyişə bilmədik. Matç başqa cür ola bilərdi. Bütün oyunçulara təşəkkür edirəm"./report
    PAYLAŞ:

    Oxşar xəbərlər