Azərbaycan boksçuları Türkiyədə təlim-məşq toplanışında iştirak edirlər

Azərbaycan boksçuları Türkiyədə təlim-məşq toplanışında iştirak edirlər
  • İdman

  • Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşqləri davam etdirir.

    Azərbaycan Boks Federasiyasından LEQAL.AZ-a bildiriblər ki, Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma Olimpiya təsnifat turnirləri üçün təlim-məşq toplanışını Kastamonuda keçirir.

    Məşqçilər korpusu hazırlıq çərçivəsində 15 boksçunu yoxlayır. Noyabrın 16-da bitəcək toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə təşkil olunur.
    Qeyd edək ki, “Tokio-2020”-yə millimizin heyətində hələlik Tayfur Əliyev (57 kq) vəsiqə qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər