Ukrayna millisi tarixində ilk dəfə Avropa çempionatında pley-off oynayacaq.
LEQAL.AZ xəbər verir ki, 2012 və 2016-cı illərdə keçirilən qitə birinciliklərinə də qatılan postsovet təmsilçisi əvvəlki cəhdlərində qrupda qalıb.
C qrupundan 3 xalla çıxan Andrey Şevçenkonun yetirmələri iyunun 29-da İsveçlə münasibətlərinə aydınlıq gətirəcək. Oyun Qlazqodakı (Şotlandiya) "Hempden park" stadionunda reallaşacaq./fanat.az