AVRO-2020: Bu gün daha 3 oyun

AVRO-2020: Bu gün daha 3 oyun
  • İdman

  • Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.

    LEQAL.AZ-ın məlumatına görə, qarşılaşmaların ikisi C, biri isə D qrupunda baş tutacaq.

    Günün ilk matçı D qrupunda İngiltərə və Xorvatiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat
    17:00-da başlayacaq.

    C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək. İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da, ikinci oyun isə Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da start götürəcək.

    Avropa çempionatı

    C qrupu, I tur

    20:00. Avstriya - Şimali Makedoniya

    23:00. Niderland - Ukrayna

    D qrupu

    17:00. İngiltərə - Xorvatiya

    Qeyd edək ki, A qrupunun İsveçrə - Uels matçına (1:1) ev sahibliyi edən Bakı Olimpiya Stadionunda Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək./report
    PAYLAŞ:

    Oxşar xəbərlər